İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

619 28.12.2022 13:20 İdman A A

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Yay Olimpiya Oyunlarının və dünya çempionatının qalibi olan futbolçuların adlarını açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ümumilikdə 13 oyunçu yer alıb.

Son olaraq Qətərdəki DÇ-2022-nin qalibi olan Argentina millisinin üzvləri Lionel Messi və Anxel Di Mariya cədvələ düşə biliblər. Onlar 2008-ci ildə Olimpiadanın qalibi olublar. Messi və Di Mariya 84 ildən sonra bunu bacaran ilk futbolçulardır.

Argentinalılara qədər həm Olimpiya Oyunlarını, həm də dünya çempionatını qazanan 11 oyunçunun hər biri bu nailiyyətə İkinci Dünya Müharibəsindən əvvəl imza atıb. Onlardan 7-si uruqvaylı, 4-ü isə italiyalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR