İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Kanzas-Sitidədir, amma bu dəfə futbolçu yox – keçi! FOTO

834 24.06.2026 22:48 Dünya A A

Lionel Messinin “GOAT” mübahisəsinə maraqlı əlavəsi: ABŞ-da onun adını daşıyan keçi məşhurlaşıb

2026 Dünya Çempionatında Argentina millisinin lideri, dünya futbolunun canlı əfsanəsi Lionel Messi meydanda növbəti rekordlarını qırarkən, ABŞ-ın Kanzas-Siti şəhərində başqa bir “Messi” diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, Reuters-in yaydığı məlumata görə, Missuri çayının sahilində yerləşən Berkley Riverfront ərazisində alaq otlarının təmizlənməsi üçün istifadə olunan keçilərdən birinə “Messi” adı verilib. Hətta balaca keçi Argentina millisinin formasını da geyinir və şəhər sakinlərinin sevimlisinə çevrilib.

Maraqlıdır ki, keçi məhz Dünya Çempionatı ərəfəsində doğulub. Onun sahibi Kayl Alvis bildirib ki, çempionat Kanzas-Sitiyə gələndə hamı şəhərdə bir “Messi”nin olmasını istəyib və buna görə də yeni doğulan keçiyə argentinalı futbol ulduzunun adı verilib.

Screenshot_1.png (704 KB)

Hazırda Argentina millisi Dünya Çempionatı zamanı öz bazasını məhz Kanzas-Sitidə qurub. Şəhərdə Messi adı ilə bağlı maraq daha da artıb. Bir tərəfdən Lionel Messi meydanda möhtəşəm çıxışı ilə gündəmdədir, digər tərəfdən isə onun adını daşıyan keçi çay sahilində otları təmizləyərək turistlərin və yerli sakinlərin diqqətini çəkir. 

Reuters yazır ki, keçinin daxil olduğu sürü 55 akrlıq ərazidə invaziv bitkilərin təmizlənməsi üçün istifadə olunur. Layihənin məqsədi kimyəvi herbisidlərdən istifadə etmədən ətraf mühiti qorumaqdır. Missuri çayının yaxınlığında yerləşən ərazidə bu üsul həm ekoloji, həm də iqtisadi baxımdan daha səmərəli hesab edilir. 

indir.jpg (228 KB)

Bu arada Lionel Messi Dünya Çempionatına parlaq start verib. Argentina millisinin heyətində ilk iki oyunda 5 qol vuran ulduz futbolçu Əlcəzairlə görüşdə het-trik edib və dünya çempionatları tarixinin bombardirlik rekorduna şərik çıxıb.

Beləliklə, Kanzas-Sitidə bu günlərdə iki Messi var: biri meydanlarda rəqibləri məğlub edir, digəri isə çay kənarında alaq otlarını. Hər ikisi isə özünəməxsus şəkildə azarkeşlərin sevgisini qazanmağı bacarıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR