İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Yel Universiteti ifşa olundu: Milyonlarla dollar gizlədiblər

1027 20.06.2024 11:37 Dünya A A

Dünyanın qabaqcıl universitetlərindən biri kimi tanınan ABŞ-ın Yal Universitetinin Qətər administrasiyasından milyonlarla dollar ianə aldığı və bunun müqabilində çox az məbləğin qeyd olunduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, Yaxın Şərq mətbuatında yer alan xəbərlərdə Yel Universitetinin 2012-ci ildən bu yana Qətərdən 15 milyon dollar maliyyə aldığı və bu rəqəmin yalnız 284 min 668 dollarının qeyd edildiyi bildirilib.

Universitetin bu pulu Qətər rejiminin maraqlarını dəstəkləmək və təsirini artırmaq üçün aldığı təxmin edilir.

ABŞ-da universitetlərin xarici fondlarını araşdıran İSGAP adlı təşkilatın araşdırmasında Yel Universitetinin vəsaitləri gizlətdiyi müəyyən edilib. ABŞ qanunlarına görə, universitetlər 6 ay ərzində 250.000 dollardan çox xarici fondlar və hədiyyələr barədə federal hökumətə hesabat verməlidirlər.

ABŞ və Qətərdəki digər universitetlər arasında da oxşar razılaşmaların olduğu qeyd edilsə də, tərəflər mövzu ilə bağlı açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR