İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur verilişdə maraqlı anlar: Həyat yoldaşına zəng edərək “səni sevirəm” deyib söndürdü - VİDEO

2384 28.08.2022 16:47 Maraqlı A A

Türkiyədə "Kim Milyoner Olmaq İstəyir" proqramında iştirak edən bir iştirakçın davranışı aparıcını və izləyiciləri heyrətləndirib.

Musavat.com xəbər verir ki, iştirakçı Osman Çalış çətinlik çəkdiyi sualda "zəng haqqı"nı istifadə edərək həyat yoldaşına zəng edib səni sevirəm deməsi kəsin marağına səbəb olub.

Belə ki, o həyat yoldaşına zəng edərək sualı ona yönəltmək əvəzinə “mən səni çox sevirəm” deyərək telefonu qapadıb.

Sual yönəltmək üçün 30 saniyədən istifadə etmək əvəzinə həyat yoldaşına sevgisini ifadə edən iştirakçı verilişin aparıcısı məşhur aktyor Kənan İmirzalıoğlunu da heyrətə gətirib. Telefonu qapatdıqdan sonra suala səhv cavab verən iştirakçı 30 min TL ilə yarışmadan ayrılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR