İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur reper Rusiyada aldığı mükafatlardan imtina etdi

912 23.03.2022 21:00 Şou-biznes A A

Məşhur ukraynalı reper və prodüser Potap (əsl adı Aleksey Potapenko) Rusiya musiqi mükafatlarından imtina etdiyini açıqlayıb.

Potap bundan sonra özünün və həyat yoldaşı, müğənni Nastya Kamenskixin Rusiyada çıxış etməyəcəyini də bildirib.

“Daha əvvəl rusiyalı müğənni Olya Buzova ilə mahnı yazdırmışam. Şükürlər olsun ki, vaxt azlığından onu təqdim edə bilmirdim, heç vaxt da etməyəcəyəm. Biz heç vaxt Rusiyada çıxış etməyəcək, mükafatlarınızı almayacağıq. Bütün mükafatlarınızdan, mahnılarınızdan imtina edirik".

Xatırladaq ki, Potap uzun müddətdir ki, MDB ölkələrində şou-biznesin əsas ulduzları sırasındadır.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR