İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni vəfat etdi

1174 26.11.2022 22:27 Hadisə A A

“What a Feeling” hitinin ifaçısı, müğənni və aktrisa Ayrin Kara 63 yaşında ABŞ-da dünyasını dəyişib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, sənətçinin ölümünü onun agenti Cudit Muz tviterdə elan edib.

“Dərin kədər hissi ilə Ayrin Karanın vəfatını ailəsi adından bildirirəm”, - müğənninin agenti qeyd edib.

Aktrisa Floridadakı evində dünyasını dəyişib. Ölümün səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Nyu-Yorkun Bronks rayonunda anadan olan Ayrin Kara “Oskar”, “Qızıl Qlobus” və “Qremmi” mükafatı laureatıdır. O, “Flash Dance” filminin saundtreki olan “What a Feeling” mahnısını ifa etdikdən sonra, həmçinin “Şöhrət” filmində iştirakı sayəsində məşhurlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR