İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni ürək əməliyyatı keçirdi

1293 20.05.2025 21:20 Şou-biznes A A

Türk musiqisinin sevilən sənətçisi Nazan Öncel keçən həftə qəfil səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, sənətçi bir neçə gün reanimasiyada müalicə alıb.

Nazan Öncel səhhəti ilə bağlı ilk açıqlamasını rəsmi Instagram hesabı üzərindən paylaşıb. O, keçirdiyi tibbi müdaxilədən və hazırkı vəziyyətindən söz açaraq onu dəstəkləyən hər kəsə təşəkkür edib:

"Hər şey ürək döyüntüsü ilə başladı. Angioqrafiyadan sonra isə iki stent yerləşdirildi. Yaxşıyam deyək ki, yaxşı olaq. Zəng edən, yazan, halımı soruşan və qəlbdən salamlayan hər kəsə təşəkkür edirəm."

Sənətçinin paylaşımı izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Minlərlə insan ona tezliklə tam sağalmağı arzulayıb və sosial mediada dəstək mesajları paylaşıb.

Qeyd edək ki, Nazan Öncel Türkiyə musiqisində özünəməxsus səsi və üslubu ilə tanınır, onlarla məşhur mahnının müəllifi və ifaçısıdır./Milli.Az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR