İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni qətl törətdiyinə görə 16 il həbs cəzası aldı  

881 05.05.2022 16:21 Şou-biznes A A

Amerikalı məşhur hip-hop ifaçısı, 71 yaşlı Kid Kreole qətl törətdiyi üçün 16 il həbs cəzası alıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, hadisə 2017-ci ildə Nyu-Yorkda baş verib. Dükanına gedən Kid Kreole yolda ona yaxınlaşıb, “nə var?” sualını soruşan 55 yaşlı evsiz adamı bıçaqla qətlə yetirib. Əsl adı Nathaniel Qlover olan 62 yaşlı reper ötən ay cinayətə görə saxlanılmışdı. Ötən gün isə məhkəmənin qərarı ilə 16 il azadlıqdan məhrum edildi.

Məhkəmə zamanı ifaçı qorxduğu üçün bu cür cinayət törətdiyini  desə də, məhkəmə qərarını dəyişməyib. 

Xalidə Gəray
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR