İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur modelyer Tural və Turandan danışdı: “Elə bil geyimi nənələrin qarderobundan seçiblər”

1504 10.05.2023 14:35 Region A A


“Avroviziya 2023”ün açılış mərasimində Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşlarının geyindikləri libaslar ciddi narazılıqla qarşılandı. Qardaşların geyimi sosial şəbəkələrdə tənqid atəşinə tutuldu.

Norveçdə yaşayan güney azərbaycanlı dizayner Şərvin Nəcəfpur Musavat.com-a açıqlamasında əkiz qardaşların geyim stillərini analiz etdi. Məşhur modelyerin əsl tənqid hədəfi isə stilist oldu:

“Mənim bu məsələyə baxışım bir qədər fərqlidir. Əvvəla, əkiz qardaşlara bu geyim stili yaraşmadı, çünki onlar o geyimi daşıya bilmədilər. Əfsus ki, oğlanlar stilistin qurbanı oldular. Biz Azərbaycan olaraq hər zaman tolerantlıqdan danışırıq, amma onları medianın bu qədər pis şəkildə işıqlandırması məni də çox üzdü. Bu hadisə insanlarda müəyyən travmalara səbəb olacaq. Avroviziya dünya səviyyəli bir müsabiqədir, daha uğurlu geyim seçmək olardı. Qardaşlara qarşı onsuz da insanlar tərəfindən müəyyən bir antipatiya var idi və indi bu, daha da artdı. Hər geyim hər kəsə yaraşmır, mən də bu geyimi onlara yaraşdırmadım. Rok tərzində geyindirmək daha yaxşı olardı, görüntü olaraq da xoş simalı gənclərdir. Geyimləri heç bəyənmədim, elə bil bazardan götürüblər, ya da nənələrin qarderobundan seçib, obraz yaratmağa çalışıblar”.

WhatsApp Image 2023-05-10 at 14.24.15.jpeg (191 KB)

Modelyer bildirib ki, iştirakçıların saç düzümünü də bəyənməyib:

“Üzlərindəki makiyaj belə çox ağır görünürdü. Səhnə adamlarının qüsurlarını qapatmaq üçün makiyaj edilir, mən bunun əleyhinə deyiləm. Amma bu, xüsusi bir səliqə ilə edilməli idi. Qısaca, hər şeydə o qədər ifrata varılıb ki, gənclər səhnədə bu geyim və bu makiyajda qadın kimi görünürdülər. Bir məqamı da vurğulayım ki, qısa müddətdə bu oğlanlara xeyli stil dəyişdirdilər. Bu da yaxşı hal deyil. Bu baxımdan mən onların menecerlərini və stilistlərini qınayıram, oğlanları qəti qınamıram. Çünki onlara nə verilirsə, onu da geyinirlər. Amma tənqid mədəniyyəti deyilən bir anlayış var. Hər kəs fikrini ifadə edə bilər. Lakin kimisə bu qədər təhqir etmək də doğru hal deyil”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR