İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur jurnalist dözmədi, intihar etdi - FOTO

1384 21.02.2024 16:27 Dünya A A

Hazırda Rusiyada həbsdə olan İqor Solovyov-Girkinin silahdaşı, hərbi bloger Andrey Morozov "Murz" Teleqram kanalında intihar edəcəyini, intiharının səbəblərini yazaraq özünü güllələyib.

Milli.Az bildirir ki, Morozovun yazdığına görə o, Rusiya Silahlı Qüvvələrinin Avdeevkadakı itkiləri ilə bağlı yazını silmək məcburiyyətində qalıb: orada hərbi müxbir Avdeevkanın tutulmasına və real itkilərə məhəl qoymadan sevincli reaksiyanı tənqid edib. Bundan sonra Ukraynanın Telegram kanallarında Morozovun kanalından skrinşotlar yayıldı və Solovyov Live-ın aparıcıları onu vətənə xəyanətdə ittiham edərək məsuliyyətə cəlb olunmasını tələb etdilər.

Morozov həmkarlarına müraciət edərək yazıb: "Sizin işiniz bu müharibəni Rusiyaya qarşı silah götürən, rusları müdafiə etməyə qalxan hər kəs üzərində tam hərbi Qələbə ilə bitirməkdir. Bunun harada olacağı, Kiyevdə və ya Fransa rəhbərliyinin bu yaxınlarda Belqorodda dinc xalqımıza qarşı terroru təsdiq etdiyi Parisdə, texniki sualdır. Bu alçaqlar ukraynalı faşistlərə nə qədər çox silah versələr, onların özlərində bir o qədər az olacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR