İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məşhur” erməni Ağdərədə necə məhv olunduqlarından danışdı

3470 20.09.2023 20:47 Son xəbər A A

İkinci Qarabağ savaşından sonra erməni və xarici mediaya müsahibələri ilə məşhur olan terrorçu Aşot Sevyan 24 saatlıq antiterror tədbirlərinin yekunu zamanı yenidən peyda olub.

O, Ağdərə rayonun Kəlbəcərlə təmas xəttində döyüşdə olması barədə “hraparak”a açıqlama verib.

Sevyanın sözlərinə görə, Ağdarənin Çərəkdar ərazisində postda Azərbaycan ordusuna qarşı müqavimət göstərən bütün hərbçilər məhv edildi.

“Çərəktarda postlarımızda mövqe tutanların hamısı öldürüldü, ölməyənlər qanaxmadan öldü. Çünki ilkin tibbi ləvazimatlar, yaralıları xəstəxanaya aparmağa maşınlar yoxdur. Müxtəlif qan qruplarından asılı olmayaraq, döyüş yoldaşlarına kömək etmək üçün bir-birinə iynə vururdular ki, heç olmasa ömrünü bir az da uzatsınlar...” Sevyan bildirib.

Sevyan həmçinin bildirib ki, artıq onlar tutduqları 105-ci mövqedən geri çəkiliblər: “İndiyədək heç kimlə əlaqə yarada bilməyiblər”. (Ölkə.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR