İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur balerina Rusiyadan utandığını deyərək, “Bolşoy Teatr”ı  tərk etdi

997 17.03.2022 15:23 Şou-biznes A A

 

Rusiyanın məşhur balerinası,  "Bolşoy Teatr”ın ulduzu Olqa Smirnova Rusiyanın Ukraynaya təcavüzünü pisləyərək teatrı tərk edib.

Bu barədə balerinanın özü “Telegram” kanalında yazıb. Balerina

Ukraynadakı müharibədən utandığını deyərək, bundan sonra daha öz ölkəsində çıxış edə bilməyəcək və fəaliyyətini Niderlandda davam etdirəcəyini bildirib:

“Mən bütün varlığımla müharibəyə qarşıyam. Məsələ burasındadır ki, hər iki rusiyalıdan birinin Ukraynada yaşayan qohumları və ya dostları var. Babam ukraynalıdır, mən isə 25% ukraynalıyam. Müasir sivil dünyada siyasi məsələlər müstəsna olaraq sülh danışıqları yolu ilə həll edilməlidir. Rusiyadan utanacağımı heç düşünməmişdim. Mən həmişə istedadlı rus xalqı, bizim mədəni və idman nailiyyətlərimizlə fəxr etmişəm. Amma indi keçmiş və gələcək üzərindən xətt çəkilib. Biz hərbi əməliyyatların episentrində olmasaq da, qlobal fəlakətə biganə qala bilmərik”.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR