İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa bədənindən danışdı: "Prodüserlər istəyir ki..." - FOTO

1239 03.02.2024 16:42 Dünya A A

 

“Bundan sonra bədənim haqqında danışmayacağam”.

Musavat.com xəbər verir ki, bu sözləri məşhur aktrisa Brays Dallas Hovard “People” jurnalına açıqlamasında deyib.

Artıq çəkisi ilə diqqət çəkən və maqazin saytlarının gündəminə çevrilən 42 yaşlı aktrisa çəkisi və bədəni haqqında danışmaqdan bezdiyini və bu mövzuda suallara cavab verməkdən yorulduğunu ifadə edib.

Uzun müddətdir balanssız kilo alması və bəzən çəki itirməsindən danışılan Brays Dallas Hovard bu mövzuda gəldiyi nəticəni belə ümumiləşdirib: "Bir az vaxt aldı, üzərində işləməli oldum. Amma sonunda anladım ki, ki, pəhrizlər düşməndir. Ən azından mənim bədənim üçün”.

Hovard kino sənayesində onun arıqlamasını istəyən prodüserlərlə düzgün danışmağı öyrəndiyini də qeyd edib: "Tapdığım ən yaxşı yol insanlarla ünsiyyət qurmaqdır. Əgər prodüser məni çəkmək istəyirsə, əladır. Amma arıqlamağımı istəyirsə, onun axtardığı, əslində, başqa aktrisadır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR