İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məşədi Dadaş”ın yeni imamı kimdir?

1288 02.05.2023 12:17 Son xəbər A A

Xəbər verdiyimiz kimi, bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, Əli Şərbətov Cəlilabadda anadan olub. 46 yaşlı yeni imam keçmiş Bakı İslam Universitetində ali təhsil alıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Liviyaya oxumağa göndərilən Şərbətov 2000-2019-cu illərdə İslam Universitetində müəllim işləyib.

Saray Cümə məscidi və Ceyranbatan məscidində imam olaraq çalışan Əli Şərbətov bu gün Məşədi Dadaş məscidinə imam vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib. O, 2002-ci ildən sözügedən məsciddə imam kimi fəaliyyət göstərirdi.

***

Əli Şərbətov təyinatı ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. İmam bildirib ki, Hacı Şahinlə münasibəti çox yaxşı olub: “Onun itkisi hələ də bizə ağır təsir edir, böyük itkidir. Doğrusu onun xatirəsinə görə bir az tərəddüd edirdim, amma məsləhət oldu, gəldim... Ona hörmətimiz sonsuzdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR