İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşə yanğınları beyni belə məhv edir - XƏBƏRDARLIQ

834 22.08.2022 20:57 Səhiyyə A A

Rusiyalı həkim-nevroloq Qalina Çudinskaya meşə yanğınlarının beyin üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Musavat.com-un xəbərinə görə, həkim bildirib ki, meşə yanğınları hipoksiyaya səbəb ola bilər.

"Hipoksiya karbon qazının qismən təzyiqinin artması və müvafiq olaraq oksigenin təzyiqinin azalması səbəbindən baş verir. Bu, beyin hüceyrələrində enerji mənbəyi sayılan adenozintrifosfatın əmələ gəlməsinin qarşısını alır. Risk qrupuna yaşlılar, hipertansif və hipotenziv xəstələr aiddir. Bundan əlavə, yanğının tüstüsü uşaqlar üçün xüsusi təhlükə yarada bilər" - deyə həkim xəbərdarlıq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR