İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeşli Hakimi hakimlərə görə FİFA rəhbəri İnfantinonu təhqir edib

1206 18.12.2022 03:10 İdman A A

Mərakeşli müdafiəçi Əşrəf Hakimi Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantinonu təhqir edib.

Nusavat.com Sport1-ə istinadən xəbər verir ki, dünya çempionatının bürünc medalları uğrunda Xorvatiya ilə görüşdə məğlub olduqdan sonra Hakimi tribunanın altındakı otaqda İnfantinoya yaxınlaşaraq onu etiraz bildirib və FİFA-nı Mərakeşi dünya çempionatının qalibləri arasında görmək istəməməkdə ittiham edib. Futbolçunun narazılığına səbəb ikinci hissədə Xorvatiya millisinin qapısına təyin olunmamış penalti olub. Hakimi həm bu oyun, həm də argentinalı futbolçularla yarımfinal matçı üçün hakimlərin seçimini tənqid edib.

Qeyd olunur ki, İnfantino mərakeşlinin emosional hücumuna sakit reaksiya verib. Hadisədən sonra idmançı paltardəyişmə otağına aparılıb.

Dekabrın 17-də Xorvatiya Mərakeşə 2:1 hesabı ilə qalib gəlib. Mərakeşlilərin baş məşqçisi rəqiblərini qələbə münasibətilə təbrik edib və onların turnirdə bürünc medallarını layiqincə adlandırıb. “Bu dünya çempionatında dördüncü olmağımıza şadıq. Nəticə çıxarıb daha da güclü qayıdacağıq”, - deyə mütəxəssis əlavə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR