İnsanlara hürriyət, millətlərə istiqlal!

Melkonyanın heykəli söküldü, Xocalı azad edildi - Professor Qabil Hüseynli ilə CANLI

1615 26.09.2023 16:00 Son xəbər A A

Azərbaycanın Xocavənd şəhərində terrorçu Monte Melkonyanın heykəli sökülüb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Türkiyə lideri Ərdoğan isə deyib ki, Azərbaycan məsələni özü həll etdi: “İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi.

O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”, - o deyib.

Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür.

Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya Federasiyası faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir. Peskov ABŞ-ın Ermənistana energetika sahəsində əməkdaşlıq təklifini şərh edərək, Rusiya Federasiyasının enerji sektorunda bu ölkəyə yardımını və resursların güzəştli tədarükünü xatırladıb.

Kremlin sözçüsü Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsevin İrəvana səfərinin əvvəlcədən planlaşdırıldığını da söyləyib. Bildirib ki, Kolokoltsev və Ermənistan Baş naziri Nikol Paşinyanın cari məsələlərin müzakirəsi tamamilə normaldır.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə söhbətləşir. Müzakirəyə tamaşaçılar da qoşula bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR