İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblilərin ölümünə səbəb olan Emin həbs edildi - FOTO

972 10.02.2024 11:04 Son xəbər A A

Zaqatalada məktəbliləri vuraraq öldürən sürücü həbs edilib.

Musavat.com lent.az-a istinadən bildirir ki, Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 8-də Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi "Mercedes" markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib.

İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə, sonradan isə Bakıdakı xəstəxanaya yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR