İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü: "Əfsuslar olsun ki..."

1678 13.05.2022 11:12 Gündəm A A

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi evə buraxılıb.

Zahid Niyazov bununla bağlı feysbuk səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:

“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.

Xatırladaq ki, mayın 3-də 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR