İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada şəhər meri postuna namizəd mitinqdə güllələnib

348 30.05.2024 12:12 Dünya A A

Meksikanın Koyuka de Benitez şəhərinin (Gerrero ştatı) merliyə namizədi Xose Alfredo Kabrera Barrientos seçki kampaniyasının yekun mitinqində güllələnib.

Musavat.com xəbər verir ki, bu barədə El Universal məlumat yayıb.

Nəşrin məlumatına görə, siyasətçi basketbol meydançasında tərəfdarları ilə yanaşı addımlayıb. Bu zaman naməlum şəxs ona yaxınlaşaraq namizədə başının arxasına bir neçə dəfə atəş açıb.

“El Universal” hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videolara istinad edərək, ən azı 15 atəş açıldığını yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR