İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada hava şarının yanması nəticəsində 2 nəfər ölüb

319 02.04.2023 04:10 Hadisə A A

Meksikada hava şarı yanıb.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Şar havaya qalxandan bir neçə dəqiqə sonra yanmağa başlayıb. Təşvişə qapılanlar özlərini hava şarından yerə atıblar. Hadisə nəticəsində 39 və 50 yaşlı kişi ölüb. Yetkinlik yaşına çatmayan qız, birinci, ikinci dərəcəli yanıq və omba sınığı alıb.

Hava şarında neçə nəfərin olduğu, eləcə də yanğının baş vermə səbəbləri açıqlanmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR