İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Nadejdinin namiəzdliyini qeydiyyata almaqdan imtina edib

514 04.03.2024 14:28 Dünya A A

Rusiya Ali Məhkəməsi siyasətçi Boris Nadejdinin ölkə prezidenti seçkilərində qeydə alınmasına dair iddiasını rədd edib, qərar qüvvəyə minib.

Musavat.com xxəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Birinci instansiyanın qərarı dəyişdirilmədən saxlanılıb, apellyasiya şikayəti təmin edilməyib”, - məlumatda deyilir.

Bundan əvvəl, Rusiya Federasiyası Ali Məhkəməsinin apellyasiya məhkəməsi siyasətçi Boris Nadejdinin imza vərəqələrinin yoxlanılması ilə şikayətini təmin etməkdən imtina edib.

Fevralın 21-də Rusiya Federasiyasının Ali Məhkəməsi siyasətçinin onu prezident seçkilərində namizəd kimi qeydə almaqdan imtina edən Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına yenidən baxılması ilə bağlı iddiasını rədd edib. Bu iddia Nadejdinin vəziyyətlə bağlı instansiyada qaldırdığı üçüncü iddia idi.

Rusiya Federasiyasının növbəti prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək olan müddətdə keçiriləcək. Artıq Rusiya Federasiyası MSK tərəfindən qeydiyyatdan keçmiş ümumilikdə dörd nəfər dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürüb. Bunlar Vladimir Putin, Nikolay Xaritonov, Leonid Slutski və Vladislav Davankovdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR