İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Anar Məmmədli barədə qərar verib

735 06.05.2024 11:51 Ölkə A A

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

O bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR