İnsanlara hürriyət, millətlərə istiqlal!

MEHDİ SÜBHANİNİN ÖZFƏALİYYƏTİNƏ DAİR - İranın İrəvan səfiri niyə ermənilik edir?

1676 03.02.2024 18:38 Siyasət A A

Son dövrlər İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin diplomata xas olmayan tərzdə fəallığı diqqəti cəlb edir. Sübhani tez-tez Ermənistanda müxtəlif cəbhələri təmsil edən siyasi dairələrin nümayəndələri ilə görüşür, onlarla "geosiyasət", "Ermənistanın gələcəyi" və "Cənubi Qafqazda proseslər" mövzularında müzakirələr aparır. İran xüsusi xidmət orqanlarında çoxillik iş təcrübəsinə malik olan Sübhani özünü diplomatdan daha çox kəşfiyyat agenti kimi aparır.

Sübhani Ermənistan rəsmiləri ilə keçirdiyi görüşlərdə onları inandırmağa çalışır ki, Ermənistanın yeganə və ən real təhlükəsizlik təminatçısı yalnız İran ola bilər. İranın səfiri ölkəsinin Yəməndə, Livanda, Suriyada, Fələstində gördüyü işləri misal göstərərək erməni siyasətçilərinə "İran öz dostlarını heç vaxt darda qoymur, hətta lazım olanda onlar üçün qurbanlar da verir... İran olmazsa, heç kim sizi Azərbaycanın və Türkiyənin əlindən qurtara bilməyəcək" fikirlərini aşılamağa çalışır. Sübhani bu hərəkətləri ilə nəinki Paşinyan hökumətinin arxalanmağa çalışdığı Qərbin, eyni zamanda, təhlükəsizlik sahəsində Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyanın da bostanına daş atır. Heç inandırıcı görünmür ki, İranın Xarici İşlər Nazirliyinin rəhbərliyi və İranın dövlət başçısı Sübhaniyə Rusiyanın bostanına daş atmaqla bağlı tapşırıq versin.

sefir-1688974407.jpg (52 KB)

Diplomatlar adətən təmsil olunduqları ölkələrdə öz dövlətləri barədə yüksək rəy formalaşdırmaq, "yumşaq güc" yaratmaq, iqtisadi-ticarət əlaqələri üçün baza formalaşdırmaq məqsədilə intensiv iş aparırlar. Burada qeyri-adi bir şey yoxdur. Lakin diplomatlar bunu qapalı qapılar arxasında, kameraların və jurnalistlərin diqqətindən kənar formada etmirlər. Ermənistandakı Çinin, Fransanın, Rusiyanın, ABŞ-ın və digər ölkələrin səfirləri də tez-tez bölgələrə səfərlər edirlər, müxtəlif görüşlər keçirirlər və bunu heç kimdən gizlətmirlər. Ağayi Sübhani də belə görüşlər keçirir. Lakin o, "konspirasiya qaydaları"na əməl edir. Belə görünür ki, Sübhaninin geniş ictimai nəzərdən gizlədəsi çox şeyləri var, xüsusən də, erməni rəsmiləri ilə Azərbaycana qarşı apardığı söhbətlərin məzmunu. İnanmırıq ki, İranın Xarici İşlər Nazirliyi Sübhaniyə bu cür kobud işləməklə bağlı tapşırıq versin, diplomat işini kənara atıb, "konspirasiya" ilə məşğul olmağı həvalə etsin. Bir çox hallarda Sübhani kimi kəşfiyyat keçmişinə malik olan iranlı diplomatlar İranın Xarici İşlər Nazirliyinin təlimatlarından kənara çıxmağa, müstəqil şəkildə, öz bildikləri kimi hərəkət etməyə çalışırlar.

Sübhani bir müddət öncə ermənilərə xoş gəlmək üçün Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan bəzi fikirlər səsləndirmişdir.

mehdi-subhani.jpg (21 KB)

Sübhani demişdir ki, "Dağlıq Qarabağ xalqı öz müqəddəratını müəyyən etmək hüququna malik olmalıdır". Sübhani İran və Azərbaycan arasında münasibətlərdə istiləşmə olduğu dövrdə belə bir şey deyərək Tehranın Bakı ilə bağlı səylərini faktiki olaraq sabotaj etməyə çalışmışdı. Sübhaninin "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını müəyyən etməsi" təəssübkeşliyi yalnız Azərbaycan dövlətinin deyil, bütövlükdə Azərbaycan xalqının nəzərində İran dövlətinin niyyəti ilə bağlı şübhələrin yaranmasına əsas yarada bilərdi. Bu yerdə bir məqama da xüsusi vurğu etmək lazımdır. İran və Azərbaycan arasında münasibətlərin gərgin olduğu dövrlərdə belə İran dövlətinin rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü, Qarabağ məsələsindəki haqq işini şübhə altına alan açıqlamalardan yayınmağa çalışmışdır.

Bunu dərk edən İran dövlətinin rəhbərliyi Sübhaninin özfəaliyyətinə İran İslam Şurası Məclisinin ən nüfuzlu deputatlarından olan, ölkə parlamentinin Milli təhlükəsizlik və xarici siyasət məsələləri komitəsinin üzvü Mahmud Abbaszadə Meşkininin sözləri ilə münasibətini bildirmişdir: "İranın ER-dəki səfirinin Azərbaycanın ərazi bütövlüyünə dair xam fikirləri ilə bağlı İranın xarici işlər nazirinin müavini ilə söhbət etdim. Nazir müavini İranın ER-dəki səfirinin mövqeyini xam mövqe kimi dəyərləndirmiş və o, belə fikirləşmişdir ki, bu mövqe gərək dəyişsin. İranın rəsmi mövqeyi qonşu ölkələrə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə ehtiramla yanaşmaqdan ibarətdir. Nazir müavini söz verdi ki, Bakıdakı İran səfirinə tapşırıq verəcəkdir ki, İranın rəsmi mövqeyini yenidən bildirsin və bu anlaşılmazlığı aradan qaldırsın".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR