İnsanlara hürriyət, millətlərə istiqlal!

Məğlubiyyət irsinin varisləri

820 10.08.2023 23:30 Yazarlar A A

İlki 1096, sonuncusu 1270-ci ildə olmaqla Günbatardan Gündoğara - Avropa xaçlılarından İslam dünyasına (bəlli fasilələrlə 200 ilə yaxın müddətdə davam etmiş) 8 səlib yürüşü olub və ən ilki kimi sonuncusu da darmadağınla bitib!

Səfərə ilk dəfə Fransanın Amyen şəhərindən olan keşiş Pyerin (və cəngavər Valterin) başçılıq etdiyi, təxminən iyirmi min nəfərdən ibarət ordu çıxıb. 1096-cı ilin mayında başlayan yürüş iştirakçıları, həmin ilin oktyabrında, indiki Türkiyənin İzmir şəhəri yaxınlığında Səlcuqlar tərəfindən tamamilə darmadağın edilib. İlk yürüşdən sağ qalan çox az sayda səlibçi isə dabanına tüpürərək geri qaçıb.

Sonuncu səlib yürüşünü 1270-ci ildə (aşırı dindarlığı ilə seçilən) Fransa kralı IX Lüdoviq başladıb. Bu dəfə rota Yaxın Doğuya deyil, Tunisə olub. Gəmilərlə qıyıya yan alan kral şəhəri mühasirəyə alıb. Gəl gör ki qəfil baş verən epidemiya sonucunda kral da, onun oğlu və bir çox əsilzadə də cəhənnəmə vasil olub. Sağ qalanlarsa, adıyaman və anlamsız mühasirəni ataraq Fransaya qayıdıb. Beləliklə, səlib yürüşləri “epopeyası” acı sonluqla başa çatıb.

Qüdsün 1187-ci il oktyabrın 2-də əfsanəli sərkərdə (bir çox araşdırmaçının Azərbaycan kökənli olduğunu bildirdiyi) Səlahəddin Əyyubi tərəfindən fəth edilməsi (xaçlıların işğalından qurtarılması) qoca tarixin unutmadğı ən parlaq, altun səhifələrdəndir.

Səlibçilərin qərinələr boyu sürən yürüşlərlə əldə etdiyi sonucları - onların işğalçı hakimiyyətlərini Misirin qıpçaq sultanı Baybars, onun davamçıları (ondan sonra taxta çıxan sultan Kalavun, sultanın oğlu əl-Məlikul-Əşrəf) tamamilə sıfırlayıb.

Bəli, daha çox Fransadan “qanadlanan” səlibçilərə, tarix boyu, əsasən, türklər tərəfindən dərs(lər) verilib!

İndi fransızların kiçik bacıları - haylar “səlibçilər” adı ilə bizim Laçına doğru yürüyüş əyləmi içindəymiş. Feodal dönəminin məğlubiyyət irsini üstlənən, darmadağından doymayan zehniyyətə nə deyəsən? Deyəsən, başları Dəmir Yumruq üçün giyişir.
Dəmir Yumruq Yerindədir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR