İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən bənzətmə: “ABŞ-da “iki qoca at” yarışır”

482 04.03.2024 15:11 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ-ın hazırkı prezidenti Co Bayden və eks-prezidenti Donald Trampı seçki yarışında iştirak edən “iki qoca at”la müqayisə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasətçi onların qalib gəlmək şanslarını da dəyərləndirib.

Jurnalistin ABŞ prezidenti postuna iddialılar arasında “tünd rəngli at”ın olub-olmaması ilə bağlı sualını cavablandıran Medvedyev bildirib ki, ABŞ-da seçki yarışında “tünd təngli at” yoxdur, iki qoca at var. “Yeri gəlmişkən, mən deyə bilmərəm ki, onlar rus atalar sözündə deyildiyi kimi, şum şırımları korlamayacaqlar, amma onlar mövcuddur”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

O, namizədlərdən hər ikisinin qalib olmaq şansının olduğunu da vurğulayıb. Medvedeyvin sözlərinə görə, Tramp “nəhayət, həbs olunmasa” yenidən prezident seçilə bilər. “Lakin o həbs olunsa da, Amerikanın seçki qanunvericiliyi keçmiş ABŞ prezidentinin yenidən seçilməsinə imkan verir”,- siyasətçi vurğulayıb.

P.S. Sözügedən rus atalar sözü belədir: "Cтарые лошади борозды не портят" ("Qoca atlar şum şırımlarını korlamazlar").

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR