İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevdən SƏRT AÇIQLAMA: "...cəhənnəm alovunda yansın"

752 06.06.2024 13:18 Siyasət A A

 

Ukraynanın Rusiya Federasiyasına qarşı silahlanmasına simmetrik cavab olaraq Rusiya silahları ABŞ-ın istənilən düşməninə verilə bilər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev Rusiya prezidenti Vladimir Putinin bu məsələ ilə bağlı ifadə etdiyi mövqeyi şərh edərkən bildirib.

Xatırladaq ki, Rusiya lideri ötən gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində dünyanın aparıcı KİV nümayəndələri ilə görüşündə qeyd edib ki, Moskva Rusiyaya hücumlara görə Kiyevə silah tədarükünə cavab variantını nəzərdən keçirir.

Sitat: “Qərb ölkələrinin obyektlərinə “həssas zərbələr” endirilməsi mümkün olan ölkələrə analoji tədarük edilə bilər.

Medvedev bildirib ki, bu, bizim xarici siyasətdə çox mühüm dəyişiklikdir: “Axı, yankilər və onların avropalı yaltaq itləri Ukraynaya, yəni düşmənimizə istənilən silahı ötürmək hüquqları olduğunu, bütün digər ölkələrin Rusiyaya kömək edə bilmədiyinə dair mübahisə edirlər. Birləşmiş Ştatlar və onun müttəfiqləri indi üçüncü tərəflərin Rusiya silahlarından istifadə etdiyini hiss etsinlər. Onların düşməni ABŞ-dır. Bu o deməkdir ki, onlar bizim dostumuzdur. Qoy hələ adları çəkilməyən bölgələr tərəfindən Rusiya silahlarından istifadə onların və bizim rəqiblərimiz üçün mümkün qədər dağıdıcı olsun. Qoy “Kiyevə silah verən dövlətlərin həssas obyektləri” cəhənnəm alovunda yansın! Onlara nəzarət edənlərlə birlikdə yansınlar! Biz isə onların silahlarımızla ümumi düşmənlərimizə endirdiyi uğurlu zərbələrə sevinəcəyik!” - deyə Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR