İnsanlara hürriyət, millətlərə istiqlal!

Maykl Cordanın idman ayaqqabıları REKORD QİYMƏTƏ satıldı

853 03.02.2024 17:55 Dünya A A

Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasının (NBA) finalında geyindiyi  6 cüt idman ayaqqabısı hərracda 8 milyon dollara satılıb.

Musavat.com xəbər verir ki, "Reuters" bu barədə "Sotheby's" hərrac evinə istinadən məlumat yayıb.

Qeyd edək ki, M.Cordan 60 yaşındadır. O, karyerası ərzində "Çikaqo" və "Vaşinqton"da oynayıb. Amerikalı basketbolçu Çikaqo ilə altıqat NBA çempionudur (1991, 1992, 1993, 1996, 1997, 1998). ABŞ komandası ilə birlikdə Cordan iki dəfə Olimpiya Oyunlarının qalibi olub (1984, 1992). 

Bundan əvvəl də idmançının NBA pley-off mərhələsinin final seriyasının ilk oyununda geyindiyi forması hərracda 10,091 milyon dollara satılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR