İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayk Pompeodan Fələstinlə bağlı ilginc AÇIQLAMA  

694 28.09.2023 18:36 Siyasət A A

“Fələstin Dövlətinin tanınması ilkin şərt olarsa, Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh razılaşması “mümkünsüz” ola bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.

Xatırladaq ki, Pompeo ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə İsrail və Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Bəhreyn arasında münasibətləri normallaşdıran “İbrahim razılaşmaları”nın  əldə olunmasında iştirak edib.

İsrailin “Jpost” dərgisinə verdiyi müsahibədə Pompeo Fələstini, terrorçuluğu dəstəkləyən, İrandan pul alan və vətəndaşlara israilliləri öldürmək üçün pul ödəyən dövlət kimi təqdim edib və ikidövlətli həllin mümkün olmayacağını söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR