İnsanlara hürriyət, millətlərə istiqlal!

Matevosyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR

689 04.12.2023 12:18 Dünya A A

“NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Qərb silah tədarükünü artırmasa, Ukraynanın vəziyyəti daha da pisləşə bilər. Onun fikrincə, Kiyev “kritik vəziyyətdə”dir və pis xəbərlərə hazırlaşmaq lazımdır. Bəs bu, Ermənistan üçün nə deməkdir?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir sual yerli politoloq Beniamin Matevosyanın yazısında qoyulub.

“2022-ci ilin sentyabrında rus qoşunları Xarkov vilayətini, noyabrda Xersonu tərk etdilər və məhz bu dövrdə Nikol Paşinyan “batan rus gəmisini tərk etmək” qərarına gəldi. Nəticədə ötən ilin oktyabrın 6-da Praqada Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanındı.

Paşinyanın, onun siyasi komandasının, medianın və ona xidmət edən ekspertlərin bütün sonrakı xarici siyasət taktikası “Rusiya gəmisi batır” və dağılan bir imperiyanın dağıntıları altında qalmamaq üçün “parlaq Qərb” qatarına minmək lazımdır” ideyası ətrafında qurulub.

Qarabağ erməniləri bu geosiyasi çılğınlığın ən yüksək qiymətini artıq ödəyiblər, lakin məsələ həm də Ukrayna cəbhəsindəki vəziyyətin dönüş nöqtəsindən sonra Paşinyanın davranışının necə olacağıdır. 

Məsələ ilk baxışdan göründüyündən qat-qat ciddidir. Bütün ölkənin və Ermənistanın hər bir sakininin təhlükəsizliyi bundan asılıdır. Bu, mübaliğə deyil. Paşinyanın 2022-ci ilin payızında aqressiv və açıq şəkildə həyata keçirməyə başladığı strateji kurs nəinki gülünc, həm də təhlükəli görünür. Ermənistan hakimiyyəti obrazlı desək, artıq çoxdan yola düşmüş “qatara minmək” istəyir.

“İmperiyanın xarabalıqları altında qalmaq” istəməyən öz əli ilə ölkəni bilərəkdən dalana dirədi”, - deyə Matevosyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR