İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskaları çıxarmaq zamanı - TƏBİB-dən açıqlama

1373 22.04.2022 08:20 Gündəm A A

Hüquqşünasdan ilginc açıqlama: “Maska taxmaq tələbi də, cərimələr də qanunsuzdur”

Dünyada koronavirusla bağlı məhdudiyyətlər tədricən aradan qaldırılır. Bu məsələdə Avropa dövlətləri nümunədir. Məsələn, İspaniya artıq maska taxmaq məcburiyyətini  götürüb. Birləşmiş Ştatlarda isə  hətta təyyarə uçuşlarında belə maska taxmaq artıq məcburi göstəriş kimi həyata keçirilmir.  Qeyd olunur ki, qadağanın ləğv olunmasına baxmayaraq, hələ də təyyarə salonlarında çox sərnişin maska taxaraq uçur. Belə bir durum ölkəmizdəki vəziyyətin müqayisəsini tələb edir.

Hazırda Azərbaycanda yoluxmalar minimal həddədir. Lakin bütün qapalı yerlərdə vaksin sertifikatı yoxlanılır, maska məcburiyyəti isə qalır. Üstəlik, son vaxtlar qapalı yerlərdə və nəqliyyatda maska taxmamağa görə cərimələr sərtləşdirilib. Dünyada bunun əksinə proses gedirsə, ABŞ-da artıq təyyarələrdə maska taxmaq məcburi deyilsə, bizdə niyə camaatı cərimələyir və incidirlər? Üstəlik, məlumatlar yayılır ki, may ayının 1-dən etibarən ölkəmizdə də maska qadağası götürüləcək.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini Vüqar Qurbanov icra edəcək -  Günün Səsi

Vüqar Qurbanov 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov  qeyd edib ki, bununla bağlı qərar qəbul olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək: “Qərarın may ayının birinə, yoxsa yarım saata olacağını dəqiq deyə bilmərik”.

Ermənistan cəzalandırılacaq (Əfsər Sadıqov, Hasan Oktay) - ARB24 (Gündəm) -  YouTube

Əfsər Sadıqov

Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə ekspert, BDU-nun beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqovun “Yeni Müsavat”a dediyi fikir diqqət çəkib: “Maska qadağası ilə bağlı qərarlar çıxarkən mən fikrimi bildirmişdim. Bu tədbirin heç bir hüquqi əsası yoxdur. O dönəmdə bizim parlamentarilər yığışdılar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdilər. Amma maskanın nə üçün taxılması ilə bağlı qanun yoxdur. O cəzanın tətbiqi hüquqi əsasa malik deyil. Biz bu məsələni qaldıranda əl-ayağa düşdülər. Bizim 2001-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında qanun var. Qanunda birbaşa göstərilib ki, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından söhbət gedirsə, mütləq bununla bağlı ayrıca qanun qəbul olunmalıdır. Belə bir qanun olmaya-olmaya başladılar insanları cərimələməyə. Bu cərimələrin heç bir hüquqi əsası yoxdur. Vətəndaş məhkəməyə getsə, o cəzanı tətbiq etməməklə bağlı məhkəmə qərarı olacaq. Bu aksiomadır. Əgər hər hansı bir məhkəmə savadsız bir qərar verərsə, istənilən bir cəza üçün hüquq pozuntusunun anlayışı olmalıdır. O anlayış da ancaq Milli Məclis tərəfindən qəbul edilən qanunda olmalıdır. Amma bunlar qanunda hansı dəyişikliyi ediblər, maska taxmamaqla bağlı cərimə tətbiq ediblər. Maskanın hansı zərurətdən tətbiq olunması yoxdur axı. Qanunu da İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağladılar ki, bu da yanlış idi. Əgər məhdudlaşdırmadan söhbət gedərsə, o məhdudlaşdırma əsaslandırılmalıdır. Nədən, hansı zərurətdən bunu məhdudlaşdırırıq. Qanunda heç biri yoxdur. O olmadığı üçün bütün bu tədbirlər qeyri-qanunidir”.

Ekspert onu da qeyd edib ki, pandemiya cərimələri də ləğv olunmalıdır: “Bu cərimələr büdcə doldurulması ilə bağlı deyil ki... Preventiv xarakterli idi. Xəstəlik var, xəstəlikdən qorunmaq tədbiridir. Xəstəlik bitibsə, camaatın ödəmə qabiliyyəti zəifdirsə, pulu alıb, büdcəni doldurmaqla nəyi həll edirik ki?” 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR