İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask 2 yaşlı oğlunu işə aparır - Fotolar

1405 10.12.2022 23:04 Maraqlı A A

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask müğənni Qraymsdan olan 2 yaşlı oğlu X Æ A-12A-nın yeni fotolarını paylaşıb.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, şəkillər iş adamının yeni aldığı Tviter şirkətinin San-Fransisko Baş Qərargahında lentə alınıb. 

Şirkət əməkdaşlarının sözlərinə görə, atası iclaslarda olarkən uşaq tez-tez şirkətin dəhlizlərində qaçır. Hətta otaqların bir neçəsi onun üçün oyuncaqlarla doldurulub.

Xatırladaq ki, Maskla Qrayms 2021-ci ilin sentyabrında ayrılıblar. Onların qısaca Y adlandırdığı surroqat anadan dünyaya gələn Exa Dark Sideral Mask adlı qızı da var.

Ümumilikdə, biznesmenin doqquz - keçmiş həyat yoldaşı Castin Uilsondan beş övladı, işçilərindən biri Şivon Zilisdən isə əkizləri var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR