İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşından düşürüb vəhşicəsinə döydülər - ŞOK GÖRÜNTÜLƏR

842 04.06.2026 15:34 Hadisə A A

Türkiyənin Adana şəhərində yol hərəkəti zamanı yaranan mübahisə zorakılıqla nəticələnib.

Musavat.com xəbər verir ki, iki nəfər pikap sürücüsünü avtomobildən düşürərək döyüb.

Belə ki, məlum olmayan səbəbdən iki nəfərlə pikap sürücüsü arasında mübahisə yaranıb. Gərginlik qısa zamanda davaya çevrilib.

Məlumata görə, üzərində nasos tipli ov tüfəngi olduğu iddia edilən şəxslər sürücünü avtomobildən zorla çıxarıb və onu çubuqla döyüblər. Daha sonra tərəflər arasında əlbəyaxa dava başlayıb. Hadisə zamanı şübhəlilərin də yerə yıxıldığı bildirilib.

Ətrafda təşvişə səbəb olan dava yoldan keçən başqa bir sürücü tərəfindən mobil telefon kamerası ilə lentə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə tərəflər arasında yaşanan gərgin anlar əks olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR