İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda DƏHŞƏT: Sürücü mikroavtobusun altında qalaraq can verdi

726 24.06.2024 21:12 Hadisə A A

Masallı rayonunda faciəli hadisə baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə Viləş kəndində qeydə alınıb.

Hümmət Rüstəmovun idarə etdiyi "Mercedes-Benz" markalı mikroavtobus Viləş çayının üstündəki körpüdən keçərkən xarab olub.

Sərinişinləri düşürərək avtomobili təmir etmək istəyən Hümmət Rüstəmov qaldırıcı qurğu ilə maşının arxasını qaldırıb. Bu zaman qurğu yerindən sürüşərək çıxıb, maşın isə onun üstünə düşüb.

Nəticədə Hümmət Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR