İnsanlara hürriyət, millətlərə istiqlal!

“Markesin lənəti və Paşinyanın bərəlmiş gözləri”

660 25.04.2023 15:54 Region A A

“Nikol Paşinyan Milli Məclisə gələndə parlament binası yarıhərbi struktura çevrilir. İclas zalında Mühafizə Xidmətinin əməkdaşlarının sayı demək olar ki, deputatların sayına bərabər olur. Masalardan su şüşələri təmizlənir. Bu arada insanlar qulaqlarına naqillər və müxtəlif qurğular taxaraq dəhlizlərdə dolaşırlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Hayastan” fraksiyasından olan deputat Andranik Tevanyan yazıb.

“Nikol Paşinyan hərəkət edəndə onun korteji ölüm gətirir - hamilə qadının ölümünü xatırlamaq kifayətdir. Paşinyan Tsitsernakaberddə olarkən onun mühafizəçiləri gül buketlərində partlayıcı maddələr axtarırlar. Paşinyan da Markesin məşhur romanındakı patriarx kimi qorxur. Qorxur, çünki nə etdiyini və nə edəcəyini gözəl bilir. Nikol öz hökmünü elan edib və bu hökmdən qorxur. O, ölümünü Markesin başqa bir romanında təsvir olunan variantda təsəvvür edir və bundan qorxur. Qorxunun böyük gözləri var, amma bu qorxu sahibinin gözü kiçikdir”, - deyə erməni müxalifətçi deputat qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR