İnsanlara hürriyət, millətlərə istiqlal!

Marixuana çəkib, avtomobil sürdü - Saxlanıldı

1109 21.07.2024 14:07 Ölkə A A

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Musavat.com-un məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı "Tofaş" markalı avtomobilin sürücüsü İ.Ömərli qaydaları pozduğu üçün ona "saxla" işarəsi verilib. 

Yoxlama zamanı İ.Ömərlinin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən edilib. 

Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR