İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted" xətt çəkib, Ronaldodan qurtulmalıdır"

595 30.07.2022 13:10 İdman A A

İngiltərə millisinin və "Arsenal"ın sabiq futbolçusu Pol Merson Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki gələcəyi ilə bağlı danışıb.

Qol.az "Daily Star"a istinadən xəbər verir ki, o deyib ki, klub bir xətt çəkib portuqaliyalı hücumçudan qurtulmalıdır: "Bu hekayə mümkün qədər tez bitməlidir.

O, nə istədiyini söylədi, bəs niyə ondan yapışmaq lazımdır? Ronaldo uzun müddətdir ki, futbol oynamır, hazırda 37 yaşı var. Formada olmaq üçün matçlarda oynamaq lazımdır, buna görə də mövsüm öncəsi yoxlama görüşləri olur.

Ronaldonun 37 yaşı var, bu, yaxşı vəziyyət deyil. Deməli, baş məşqçinin planı olması üçün təbii ki, elə indidən başlamaq lazımdır. Ronaldo nə olursa olsun, gələn mövsüm olmayacaq. Olsa belə, daha bir il daha yaşlı olacaq. İndi oyunlar getdikcə daha sürətli olur. Ona görə də mənim fikrimcə, "Mançester Yunayted"ə yeni mərkəz hücumçusu lazımdır.

İnsanlar onun ötən mövsüm 24 qol vurduğunu deyirlər, lakin "Mançester Yunayted" heç nə üçün mübarizə aparmırdı".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR