İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted" Ronaldo ilə müqaviləni bir şərtlə ləğv edə bilər

893 15.11.2022 10:15 İdman A A

"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni yaxın günlərdə ləğv edə bilər.

Qol.az "Telegraph"a istinadən xəbər verir ki, bu, portuqaliyalı hücumçunun müqaviləsinin ləğvinə görə təzminat istəməyəcəyi təqdirdə, reallaşacaq. Mançester təmsilçinin 37 yaşlı oyunçu ilə yolları ayırmağa müsbət baxdığı bildirilir.

Qeyd edək ki, Ronaldo "Manester Yunayted"də həftəsinə 450 min funt sterlinq qazanır. O, klub tarixinin ən çox maaş alan futbolçusudur.

Xatırladaq ki, Ronaldo "Mançester Yunayted"in onu qovmağa çalışdığını, baş məşqçi Erik Ten Haqdan hörmət görmədiyini bildirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR