İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted" Jirunu almağı planlaşdırır

439 04.01.2023 14:12 İdman A A

"Mançester Yunayted" hələ də "Milan"ın və Fransa millisinin futbolçusu Olivye Jirunu transfer etməyə çalışır.

Qol.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Fransalı forvard İtaliya klubundan müqavilənin uzadılması təklifini gözləyir. Daha əvvəl tərəflərin müqaviləni 2024-cü ilə qədər uzatmaq barədə razılığa gəldiyi bildirilirdi.

Lakin iddia edilir ki, “Yunayted” hələ də Jirunun transferindən əl çəkmək istəmir. Klub hücumçujnu almağın alternativ yollarını axtarır.

Qeyd edək ki, Jiru bu mövsüm A Seriyasında 13 oyunda 5 qol vurub və 3 qolun ötürməsini verib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR