İnsanlara hürriyət, millətlərə istiqlal!

Mamicanyan: Paşinyanın xarici siyasəti nəticəsində Ermənistan yalnız qalıb

868 31.10.2023 22:00 Region A A

Nikol Paşinyanın xarici siyasəti nəticəsində bu beş il ərzində Ermənistanın yalnız qalması halları çox olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində Xarici əlaqələr daimi komissiyasının üzvü, “Şərəf duyuram” fraksiyasının deputatı Ayk Mamicanyan danışıb.

Mamicanyan 44 günlük müharibə zamanı Ermənistanın dost və qonşu ölkələri sayılan Gürcüstan və İranın öz hava məkanlarını bağladığını xatırladır və belə halların çox olduğunu qeyd edib:

“Əlbəttə, xarici siyasətdə ən böyük boşluq kimi Paşinyanın Praqada Artsaxın Azərbaycanın bir hissəsi olması ilə bağlı bəyanatını qeyd etmək lazımdır. Belə bir xarici siyasət trayektoriyası olan qrupun nəticəsidir ki, müttəfiqlər və tərəfdaşlar yaxşı mənada Ermənistanın yürütdüyü xarici siyasətin proqnozlaşdırmaqda çətinlik çəkirlər".

Mamicanyan Paşinyanın Rusiya və KTMT ilə bağlı sözlərinə də reaksiya verib.

“Nikol Paşinyanın sözləri yalanla sinonimdir, ona görə də onun sözlərinə əsaslanaraq nəyisə təhlil etmək tamamilə faydasız və ümidsiz bir prosesdir”,-deyə o, bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR