İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun bu sözləri Rusiyanı AYAĞA QALDIRDI - SENSASİYA

1693 15.03.2024 18:05 Dünya A A

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı müharibə ilə bağlı fransız kanalına mühüm açıqlamalar verib. Makron Fransanın Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinin qarşısını almağa hazır olduğunu bəyan edib və müttəfiqlərini yardımları məhdudlaşdırmamağa çağırıb.

Musavat.com xəbər verir ki, Makronun sözlərinə görə, Ukraynaya yardımın məhdudlaşdırılması lazım olduğunu iddia edən hər kəs məğlubiyyəti seçir və Avropanın qırmızı xətt çəkməməsi Kremlə zəiflik mesajı verir.

"Müharibə Avropaya yayılarsa, günahkar Rusiya olacaq. Amma zəif olmağa qərar versək, bu gün cavab verməməyə qərar versək, bu, artıq məğlubiyyəti seçməkdir. Bunun olmasını istəmirəm" - Fransa lideri deyib.

Makron Fransanın Rusiyaya hücum etməyəcəyini qeyd edib, Rusiya daxildə və xaricdə Fransanın maraqlarına qarşı hücuma keçsə də, Parisin Moskva ilə müharibə etmədiyini bildirib.

O, Fransanın məqsədlərinə çatmaq üçün hər şeyi edəcəyini ifadə edib: "Rusiya qalib gəlsə, fransızların həyatı dəyişəcək. Artıq təhlükəsizliyimiz olmayacaq. Fransanın və Avropa təhlükədədir. Rusiya qalib gəlsə, Avropanın etibarlılığı sıfıra enəcək. Avropa hazırda müharibənin mənfi nəticələrini yaşayır. Təbii qaz qiymətləri, iqtisadiyyatlarımızdakı vəziyyət, taxıl qiymətləri, iqtisadi qeyri-sabitlik bu müharibənin nəticəsidir".

Makron onu da qeyd edib ki, sülh istəmək məğlub olmaq demək deyil və sülh istəmək Ukraynanı itirmək demək deyil.

Makrona cavabı Kremlin sözçüsü Dmitri Peskov verib.

“Fransa getdikcə Ukraynadakı münaqişəyə sürüklənir. Paris Moskvanın rəqibinə çevrilir. Həqiqət budur ki, Rusiya Fransa üçün rəqibdir” - o deyib.

Peskov əlavə edib ki, Fransa dolayısı ilə müharibəyə cəlb olunub və Makronun açıqlamaları onların daha dərin müdaxiləyə hazır olduqlarına siqnal verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR