İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron yenə ermənilər üçün dəsmal götürüb yas tutdu

2256 24.10.2022 20:09 Yazarlar A A

Azərbaycanın dünyada sayılıb-seçilən dostları, Ermənistanın isə obrazlı desək, “oynaşları” var. Bölgədə bitməyən gərginliyin tək səbəbi də bu: ermənilərin 2 əsrdir bölgəyə “oynaş” daşıması...

Onlardan biri və birincisi Fransadır. O Fransa ki, Emmanuel Makron dönəmində erməni sevgisi ən iyrənc şəkil alıb. Təbii ki, arada “timsah göz yaşları” da tökülür vəhşi haylar üçün. Necə ki, bazar ertəsi Makron ermənilər üçün yenə dəsmal götürüb.

“Ukraynadakı müharibə Avropamıza tərəf sürünür, təlatüm yaradır, həyatımızı dəyişdirir. Lakin mən istəmirəm ki, bu, bizə digər müharibələri unutdursun. Məsələn, Qafqazdakı müharibə, erməni xalqının başına gələnlər... Bir tərəfdə aqressiya qurbanı olan xalq, digər tərəfdə hücuma keçmək, işğal etmək və aşağılamaq qərarına gələn liderlər var. Və bu vəziyyətdə kənarda qalmaq, neytrallığı qorumağın mümkün olduğunu düşünmək, güclü haqlıdır qanununun universallaşdığını etiraf etmək deməkdir”.

Bu sözləri Fransa prezidenti bu gün Romada “Sülh üçün fəryad - Dialoqda Dinlər və Mədəniyyət” forumunda çıxışı zamanı söyləyib.

“Erməni xalqının başına gələnlər...” Erməni xalqının başına nə gəlib ki?

Guya Makron səbəbini bilmir? Bəs həmin o “yazıq” erməni xalqı qonşu xalqın beynəlxalq hüquqla tanınmış ərazisinin 20%-ni on illərlə işğalda saxlayanda, torpaqlarımızda etnik təmizləmə aparıb bir milyon azərbaycanlını tarixi yurdundan didərgin salanda Fransa, makronlar niyə kövrəlmirdi? Tam əksinə, hər vəchlə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədri qismində işğalı legitimləşdirməyə çalışırdı. İndi təcavüzkarın ağzı-burnu əzilib deyə, “yazıq xalq” oldu?

Ermənilərdən, onların saxta dövləti Ermənistandan tələb olunan bircə şey var. Keçən 30 ildə də eyni tələb qüvvədə idi: Azərbaycana, Türkiyəyə qarşı torpaq iddialarına son qoyub sülh müqavilələri imzalamaq! Yoxsa Makron buna qarşıdır? Bəlkə, yenə Qafqazdakı “oynaşı”nın şil-kütünə gətirəcək təzə müharibə üçün darıxıb?..

Fransız siyasi ekspert Emmanuel Düpüy isə Axar az-a bugünkü müsahibəsində belə bir fikir işlədib ki, Makron Ərdoğana, Ərdoğan da Makrona nifrət edir: "Ərdoğanın bütün tərəfdaşlarına “bullinq” tətbiq edilyindən və sizin də Türkiyə ilə qardaşlıq bağlarınız olduğundan, Azərbaycan da bu siyasətdən təsirlənir”.

Bir dəqiqə, müsyö Düpüy. Lütfən, qulaqlarımızdan əriştə asmayın. Bəyəm Fransada təkcə Makron nifrət edir Ərdoğana? Yaxud Makron təkcə Ərdoğanamı nifrət edir?

Xeyr. Emmanuel Makron bütövlükdə Türkiyəyə nifrət edir, Türkə nifrət efir. Sələfləri, əcdadları kimi. Ermənilər kimi. Sanki eyni soyun, eyni genetikanın və eyni patologiyanın daşıyıcıları kimi. Deməli, hər iki ölkənin başında kimin durmasından asılı olmayaraq, Türkiyənin dostu heç vaxt Fransanın, Ermənistanın dostu ola bilməz!

Makaronu qoyaq kənara. Görəsən, 2020-ci ilin noyabrında, 44 günlük müharibədən az sonra Fransa parlamentində saxta “artsaxı” dövlət kimi tanıyıb özünü dünyada rüsvay edənlər hansı dildə danışırdılar? Özü də bu yeganə presedentdir. Heç Ermənistanın özü mifik qurumu indiyədək tanımayıb. Ermənidən çox erməni olmaq...

Yeri gəlmişkən, Fransa parlamenti (oxu: ermənilərin Avropadakı parlamenti!) yenə noyabrda, bu dəfə 2022-ci ilin noyabrında Azərbaycana pislik eləməyə hazırlaşır. Gələn ayın 15-də ölkəmizə qarşı sanksiyalar sənədi müzakirəyə çıxarılacaq. Orada belə bir bənd də var: “Fransa Avropa Birliyi ölkələrini Azərbaycanın neft-qazından imtinaya çağırır”.

Kimə, nəyə görə axı? Fransa bizdən qaz almır, cəhənnəmə alsın. Bəs digər ölkələr?

Avropalılar soyuq qış üçün qaz axtarışında, qaz tədarükündə, amma sən bunların hikkəsinə, aşırı erməni sevdasına, sadəcə, həyasızlıqlarına bax! Avropalı çocuqlar nədən nasistləri özünə kumir sayan Ermənistana və onun əsas “oynaşı”na görə soyuqda donmalıdır?!

Nə yaxşı ki, “Qoca qitə”də hamı fransızların ağlında deyil. Deməli, bu sənədin dəyəri də o biri kimi, üstündə yazıldığı “A-4” kağızının dəyərindən artıq olmayacaq. Pislik yenə özlərinə qalacaq. Çünki əvəzində Bakı Parislə diplomatik əlaqələri kəsə bilər - bölgədə Fransanı gözləyən bütün ağır nəticələri ilə birgə. Azərbaycanın itirəcəyi bir şey yox.

Bizdən demək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR