İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron ən yaxın adamını sərhədimizə təxribata göndərib

1236 24.02.2023 08:25 Siyasət A A

Yeganə Hacıyeva: “Eduard Filippin gizli şəkildə Xankəndinə aparılması da istisna deyil”

Fransanın keçmiş baş naziri Eduard Filipin rəhbərlik etdiyi ermənipərəst dəstə  bir neçə gündür ki, Ermənistanda səfərdədir. Sabiq baş nazir erməni mediasına müsahibəsində Azərbaycanı ittiham edən fikirlər səsləndirir.  O  Zəngəzur bölgəsinə (Sünik) gedib, oradan isə  Gorusda guya “Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağa gedə bilməyən ermənilərlə”   görüş keçirib. O, “Dağlıq Qarabağda yaranmış humanitar, ekoloji və enerji böhranının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin diqqətinin və ardıcıl addımların vacibliyini” vurğulayıb. O, Gorus şəhərinə də baş çəkib və yerli ermənilərin sızlamalarından, deyəsən, o qədər riqqətə gəlib ki, absurd bəyanat verib: “Qarabağlı ermənilərlə görüşmək üçün buradayam. Fikrimcə, BMT Təhlükəsizlik Şurası Azərbaycanın həyata keçirdiyi drama son qoymaq üçün mütləq qətnamə qəbul etməlidir”.  Eduard Filipp Gorusda olarkən erməni qadınların çörək bişirməsinə baxıb və sonra da fotonu sosial şəbəkələrdəki profillərində paylaşaraq “Çox dadlı erməni çörəyi” yazıb. Goruslu erməni qadınlarsa Ermənistan mediasına narazılıq ediblər ki, E.Filipp çörəyin bişirilməsinə baxdı, amma bir tikə alıb yemədi.

 “Trend”in məlumatına görə, Filipp 12 il əvvəl Fransadakı erməni icmasının üç təşkilatı ilə “əməkdaşlığa” başlayıb. Daha sonra isə o, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (Conseil de coordination des Organisations Armeniennes de France, CCAF) ən çox “ianə” ünvanladığı üç fransalı siyasətçidən birinə çevrildi. Fransadakı ermənilərin “Nouvelles d’Armenie” qəzeti E.Filippi son 10 ildə 8  dəfə “Ermənilərin ən yaxın dostlarından biri” elan edib. 2012-ci ilin mayın 12-dən bu ilin yanvar ayının 4-dək E.Filippin “siyasi fəaliyyətinə ictimai dəstək” məqsədilə ermənilər təqribən 5,2 milyon avro ianə ünvanlayıblar. 

Makron 2017-ci il seçkilərindən sonra Fransa hökumətini formalaşdırmağı ilk dəfə digər partiya təmsilçisi(“Respublika”)  Eduard Filipə həvalə etmişdi. Onun bir çox qeyri-populyar islahatları Makrona “varlıların prezidenti” ləqəbini qazandırdı. Bu da Makronun  reytinqini sürətlə aşağı saldı. Nəticədə 2020-ci ildə Makron onu istefaya göndərməyə məcbur oldu.

Qeyd etdiyimiz kimi, ermənilər Eduard Filippin siyasi karyerasında uğur qazanması üçün böyük paralar xərcləyiblər. İndi isə ondan bu şəkildə istifadə edirlər. Belə şəxslərin Ermənistana gətiriliməsi ermənilərə xoş gələn bəyanatlar səsləndirilməsi ilə Ermənistan nə əldə edə bilər? Məlumatlara görə, Filippin Qarabağa da səfərini reallaşdırmaq istəyirlər. Belə bir cəhd olsa onun qarşısı Laçın yolunda kəsilməlidirmi?

Azərbaycanın növbəti siyasi-diplomatik uğuru » BAYRAQDAR MEDİA

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın istər sərhəddəki, istər Qarabağdakı təxribatlarında əsas tərəfdaşı, müttəfiqi məhz Fransadır. Fransanın timsalında Avropa İttifaqına daxil olan bir sıra qurumlar Ermənistanı təxribatlara həvəsləndirir. Fransa başda olmaqla, Avropa İttifaqının bir sıra üzvləri erməni lobbisinin, erməni lobbisinin pullarının sanki asılılığına düşüblər. Ermənilər Avropa Parlamentinin bir çox deputatlarını, komissiya sədrlərini rüşvətxora çeviriblər. Onlara rüşvət verilib və öz sifarişlərini onlara diktə edirlər: “Son zamanlar bütün bunları təsdiqləyən faktlar aşkarlanıb, hətta hüquqi araşdırmalar başladılıb. Fransanın bir sıra rəsmi şəxsləri, həmçinin sabiq yüksək vəzifəli şəxslərini də satın alıblar. Bu sırada sabiq baş nazir Eduard Filipp ön sıralardadır. Bu şəxs ermənilik ideologiyasının təbliğatçıslraından biri kimi çıxış edir. İndi erməni lobbisi onun bir qrupla Ermənistana səfərini təşkil edib erməni cəmiyyətindəki ruh düşkünlüyünü aradan qaldırmaq istiqamətində ermənilərə xoş gələn bəyanatları səsləndirməsini təmin etməkdədirlər. Ancaq Filippin verdiyi bəyanatların hər hansı bir ciddi prosesə həlledici təsiri olası deyil”.

Ekspert qeyd etdi ki, Eduard Filippin gizli şəkildə Xankəndinə aparılması da istisna deyil: “Amma Rusiya sülhməramlılarının buna icazə verməməsi də mümkündür. Rusiya onsuz da Ermənistanın son zamanlar Fransa ilə Rusiyanın maraqlarına zidd olacaq həddə işbiriliyindən razı deyil. Şübhəsiz ki, Fransanın sabiq baş nazirinin Qarabağa səfəri olacaqsa, bu, tamamilə qanunsuz səfər olacaq. Rusiya sülhməramlıları öz üzərlərinə düşən məsuliyyəti yerinə yetirməli və Azərbaycanın qanunlarının hansısa fransalı sabiq nazir tərəfindən pozulmasına şərait yaratmamalıdır”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR