İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Bakıya gələcəkmi - nazir Babayevlə görüşün mesajı

1171 18.05.2024 12:28 Siyasət A A

Ermənistan anti-Rusiya siyasətini ört-basdır etmək,  Fransanın regionda dağıdıcı planlarını gizlətmək üçün “çoxvektorlu siyasət” kursuna keçdiyini bəyan edir

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 - BEA (Beynəlxalq Energetika Agentliyi) enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfransda iştirak edib. Görüşdə Afrika ölkələri üçün təmiz yemək hazırlamaq təşəbbüsü dəstəklənib. 

“Afrika üçün təmiz yemək sammiti”ndə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən COP29 prezidenti Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul edilib. Bu barədə Fransanın Azərbaycandakı səfirliyi bildirib. Makron özü də görüş haqqında yazı paylaşıb. Fransa prezidenti sammit iştirakçıları ilə şəkil çəkdirib. Azərbaycanlı nazir də Makronla foto çəkdirməkdən imtina etməyib. Makron COP29-da iştirak üçün payızda Bakıya səfər edə bilərmi? Rəsmi Bakı tədbirlə bağlı yəqin ki, ona da dəvət göndərib. Onu da qeyd edək ki, az öncə deputat Zahid Oruc Nikol Paşinyanın Bakıya dəvət olunmasının mümkün olduğunu söyləmişdi. Xüsusən də sülh sənədinin imzalanmasından sonra bu, tamamilə real sayılır. O zaman Fransa prezidenti Azərbaycana nəzəri cəhətcə Paşinyanla birgə də gələ bilər. 

“Yeni Müsavat” xatırladır ki, indiyədək Fransa dövlət başçılarından yalnız Fransua Olland Azərbaycanda olub. 2015-ci ildə İrəvanda saxta “soyqırım”ın 100-cü ildönümü tədbirinə qatılan Olland Bakıya da baş çəkmişdi. Makron isə 2018-ci ildə Frankofponiya sammiti ilə bağlı İrəvana səfər etsə də, Bakıya gəlməmişdi. Bu dəfə o, sələfi Ollandın marşrutunu da seçə bilər. Ən əsası, bu iki ölkə arasında gərginliyi xeyli dərəcədə aradan götürərdi. Üstəlik, Bakıdakı fransız səfiri Yelisey sarayına çağırdıqdan sonra yenidən işinə qaytarıb. Halbuki bu günlərdə Fransa daxili işlər naziri Azərbaycanı Ermənistan ərazilərini işğal etməkdə günahlandırmışdı. İndi isə Fransanın müstəmləkəsi Yeni Kaledoniyada baş qaldıran etirazlara görə rəsmi Paris Bakını ittiham edir. Guya Yeni Kaledoniyada proseslərə biz təkan vermişik. Onu da deyək ki, ötən həftələrdə okeaniya ölkəsinin nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Milli Məclislə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bax, belə bir gərgin münasibətlər fonunda Makron noyabrda Bakıya gələrmi?

Yeri gəlmişkən, mayın 17-də rəsmi Bakı Parisin növbəti ittihamlarına cavab verib. “Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilib”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Azərbaycanın diktatura adlandırılması fikrinə cavabında deyilir. O bildirib ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. “Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir. Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərində daha mənfi təsirlərə gətirib çıxaracaqdır”, - A.Hacızadə əlavə edib.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi eskpert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, əvvəla, COP29 konfransının Azərbaycanda keçirilməsi bir neçə səbəblə izah olunur: “Azərbaycan sabit ölkədir, demokratik dəyərlər qorunub saxlanır, təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Amma bu konfransın Bakıda təşkil olunmasına sevinməyən dövlətlər də var, biri də Fransadır. Hətta bu konfransın Bakıda keçirilməsi əleyhinə bəyanatlar səsləndirib. Amma Azərbaycan tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq görür. Fransa bu tədbirə kölgə salmağa çalışır. Erməni diasporunun Fransa qanadı rəy yaradır ki, Azərbaycanda vəziyyət fərqlidir. Ona görə Fransa ilə əlaqələr saxlanır və real məlumatlar təqdim edilir. Əgər Paris həqiqətləri və dəvəti qəbul edəcəksə, Makron iştirak etməyə razılaşacaqsa, o zaman Fransanın qərarı təqdir oluna bilər”. A.Məsiyevin fikrincə, bu məsələnin daha çox siyasi tərəfi var: “Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Fransanın xoşuna gəlmir və bütün siyasətini ermənilərə dəstək üzərində fokuslayıb. Fransa prezidenti gəlməyəcəksə, o demək deyil ki, COP29 baş tutmayacaq. Ona görə də seçim qarşı tərəfdədir”. 

Millət vəkili Hikmət Babaoğlu yeni kompüter həvəsinə düşüb | KONKRET

Hikmət Babaoğlu 

“Fransa demokratik deyil, neokolonial ölkədir”. Bunu deputat Hikmət Babaoğlu bildirib. Deputat deyib ki, Fransanın Yeni Kaledoniyaya xüsusi təyinatlılar göndərməsi müasir müstəmləkəçiliyin ən eybəcər formasıdır. H.Babaoğlu qeyd edib ki, hazırda Fransanın güc strukturları 10-dan çox günahsız Yeni kaledoniyalını öldürüb, yüzlərlə insanı həbs edib: “Ən pisi isə odur ki, Fransanın daxili işlər naziri Jerar Darmanin ”France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı iddialar səsləndirib. Bütün bunların günahkarı qismində xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərir. Beləliklə, özünün müstəmləkə siyasətini gizlətməyə çalışır. Əgər Azərbaycan beynəlxalq hüququ, öz azadlığını bərpa etməklə dünyada əzilən xalqların mübarizə simvoluna çevrilibsə, buna ilk növbədə demokratiya, beynəlxalq hüquq, insan hüquqları kimi dəyərləri başlıca prinsip elan edən dövlətlər sevinməlidir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR