İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Azərbaycana qarşı sanksiyalardan DANIŞDI: "Əks effekt verəcək"  

853 06.10.2023 10:53 Siyasət A A

Fransa prezidenti Emmanuel Makron ordumuzun Qarabağda apardığı lokal antiterror tədbirləri ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinin əks nəticə verəcəyini bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində deyib.

Onun fikrincə, Bakı ilə dialoqu davam etdirmək lazımdır.

Makron əsas problem kimi iki ölkə sərhədində humanitar vəziyyəti göstərib.

Onun sözlərinə görə, İrəvana yardım elə göstərilməlidir ki, sabitliyi pozmasın.

O, Prezident İlham Əliyevlə danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib:

"Düşünürəm ki, indi sanksiyaların vaxtı deyil, çünki əks effekt verəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR