İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahsun Pezeşkiana müraciət etdi- “Söz verirəm ki...”

2333 09.07.2024 19:00 Gündəm A A

Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianı  təbrik edib.

Müğənni bu barədə öz instaqram hesabında yazıb.

O, fars dilində yazdığı paylaşımında M. Pezeşkiandan qadınlarla bağlı islahat aparmasını xahiş edib:

“Prezident Məsud Pezeşkianı təbrik edirəm. Sizdən ən böyük xahişim iranlı qadınların həyatını yaxşılaşdıracaq və onları zorakılıqdan qoruyacaq islahatlar aparmağınızdır. Sizi qadınlarımızın qəddarlıq və zorakılıq olmadan, dinc, xoşbəxt yaşaması üçün lazımi addımları atmağa ürəkdən çağırıram. Əgər siz bu islahatları aparsanız, sizə söz verirəm, İranın ən böyük stadionunda pulsuz konsert verəcəm”./Qafqazinfo.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR