İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - VİDEO

616 18.07.2026 22:32 İdman A A

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

Bu barədə “Rakuv” klubu rəsmi səhifəsində paylaşım edib.

Klubun yaydığı məlumata görə, Mahir Emreli “Kayzerslautern”dən bir illik icarə əsasında heyətə cəlb edilib.

Rəsmi tanıtım videosunda diqqətçəkən məqam isə Emrelinin azərbaycanlı xanəndə Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamına qulaq asmasıdır.

Xatırladaq ki, Mahir Emreli Azərbaycan milli komandasının heyətində 61 oyun keçirib. O, daha əvvəl Polşada “Legiya”nın da formasını geyinib. (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR