Smartfon istehsalı ilə tanınan “Caviar” şirkəti futbol azarkeşləri üçün xüsusi hazırlanmış yeni “Legends” kolleksiyasını təqdim edib.
Kolleksiyada dünya futbolunun ən tanınmış simalarından olan Lionel Messi və Kriştianu Ronaldoya həsr edilmiş eksklüziv smartfonlar yer alıb.
Qurğular 24 karat qızıl örtük və fərdi dizayn elementləri ilə fərqlənir.
Messi üçün hazırlanan model “Samsung Galaxy Z Fold 8 Ultra” bazasında yaradılıb. Cihazın arxa hissəsində argentinalı ulduzun portreti, məşhur “10” nömrəsi və Argentina millisinin rəmzləri əks olunub. Bu versiyanın başlanğıc qiyməti 13 130 dollar olaraq müəyyənləşdirilib.
Ronaldoya həsr olunan smartfon isə “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modelləri əsasında hazırlanıb. Telefonun dizaynında Portuqaliya millisinin rəngləri, futbolçunun portreti, “7” nömrəsi və milli gerb yer alır. Bu modelin 256 GB yaddaşlı əsas versiyası 11 410 dollardan satışa təqdim olunacaq.
Şirkətin məlumatına görə, hər iki dizayndan cəmi 19 ədəd istehsal ediləcək.
Bu eksklüziv cihazların qiyməti 11.410 dollardan başlayır./yenisabah






