İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində derbidə oynayıb

751 13.03.2022 02:41 İdman A A

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo" (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu XXVII turun "Hayduk"a qarşı prinsipial matçında meydana çıxıb.

Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0.

Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

"Hayduk"un heyətində isə "Neftçi"nin sabiq müdafiəçisi Dario Melnyak sonadək çıxış edib.

Bu nəticədən sonra xalını 54-ə çatdıran "Dinamo" liderliyini qoruyub. "Hayduk" isə 49 xalla 4-cü yerdə gedir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR