İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli “Fənərbaxça” ilə matçda oynaya bilməyəcək

682 20.02.2023 23:00 İdman A A

Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emrelinin “Fənərbaxça” ilə matçda meydana çıxmağa icazə verilməyib.

“Qafqazinfo” xəbər verir ki, hücumçu ayın 25-də İstanbulda baş tutacaq oyunda olmayacaq.

Bunun səbəbi Emrelinin oyunun əslində baş tutmalı olduğu tarixədək transfer edilməməsidir.

Qarşılaşma fevralın 6-da keçirilməli idi. Ancaq Türkiyədə baş verən zəlzələ üzündən qarşılaşma bu həftəyə təxirə salınıb. Qaydaya görə, komandalar bu ayın 25-də baş tutacaq qarşılaşmada öncədən təqdim edilən iştirak ərizəsi ilə çıxış etməlidir. Belədə fevralın 14-də qeydiyyata alınan Emrelinin adı matçın protokoluna salınmayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR